10 ayda Avropa İttifaqında 9 milyona yaxın avtomobil satılıb

10 ayda Avropa İttifaqında 9 milyona yaxın avtomobil satılıb

İlin ilk 10 ayının nəticələrinə görə, Avropa İttifaqında 9 milyona yaxın avtomobil satılıb.

Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının hesabatında qeyd olunub.

Hesabata əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16.7% çoxdur. Aİ-də avtomobil satışları ardıcıl 15-ci aydır ki, artıb. Bununla belə, assosiasiyanın qeyd etdiyi kimi, Avropa avtomobil bazarı hələ 2018 və 2019-cu illərin, yəni COVID-19 pandemiyasından əvvəlki satış səviyyələrinə çatmaqdan uzaqdır.

Məsələn, 2019-cu ilin oktyabr ayında təxminən 1.18 milyon avtomobil satılıb ki, bu da 2009-cu ildən bu ay üçün ən yaxşı nəticədir. 2023-cü ilin oktyabr ayında 855.5 min avtomobil satılıb. Digər ortaya çıxan tendensiya isə son aylarda ümumi satışlarda elektrik avtomobillərinin payının azalmasıdır. Əgər avqustda onların payı tarixdə ilk dəfə 20%-i keçibsə, o zaman azalmağa başlayıb və sentyabrda artıq 14.8%, oktyabrın sonunda isə 14.2% olub.

Eyni zamanda, ötən illə müqayisədə oktyabrda elektrik mühərrikli avtomobillərin satışları əhəmiyyətli dərəcədə artaraq (36,3%) 121.8 min ədəd olub və 1 il əvvəl onların bazar payı cəmi 12% təşkil edib. Satış həcminə görə Aİ bazarında lider 10 ayın nəticələrinə əsasən öz mövqeyini möhkəmləndirən "Volkswagen" qrupu olaraq qalır.

Almaniya konserni 1 milyon avtomobil satıb ki, bu da ötən illə müqayisədə 20,5% çoxdur. Beləliklə, onun bazar payı 25.2%-dən 26.1%-ə yüksəlib. "Stellantis" konserninin satışları həmin dövrdə cəmi 6% artıb (1.62 milyon ədədə qədər), nəticədə onun payı 20.3%-dən 18.4%-ə düşüb. "Renault" qrupu Aİ-də satış həcminə görə üçüncü yerdə qalır - 955,8 min avtomobil satılıb (+21,2%) və bazar payı 10,9% təşkil edilib.

Cebhe.info