Azərbaycanda ilk dəfə: "Flaminqo festivalı" - FOTOLAR

Azərbaycanda ilk dəfə: "Flaminqo festivalı" - FOTOLAR

Qızılağac Milli Parkında Azərbaycanda ilk dəfə "Flaminqo festivalı" keçirilir. 

Cebhe.info xəbər verir ki, festivalda Azərbaycanın  qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkını tərənnüm edən simvollar nümayiş etdirilir. 

Festivalda dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də milli parkı ziyarət edən turistlər iştirak edir.

Festival çərçivəsində iştirakçılar Qızılağac Milli Parkı ərazisində qayıq və kvadrasikllarla gəzir, körfəz ərazisində quş koloniyaları müşahidə edirlər. 

Festival çərçivəsində 1 milyon çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə, milli parkın faunasına xas olan turac quşları isə təbiətə buraxılıb. 

Elnarə Kərimova  
Cebhe.info