Bağçalara işə qəbul üzrə imtahan nəticələri açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə Cebhe.info-ya İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılır.
Nigar
Cebhe.info