Bakı metrosunda stansiyaların adı dəyişir?

"Bakı Metropoliteni” QSC tərəfindən hər hansı stansiyanın adının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilməyib”.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Cebhe.info"-ya açıqlamasında deyib.
O bildirib ki, hazırda hər hansısa dəyişiklikdən söhbət getmir.
Xatırladaq ki, "Ulduz" və "Xalqlar Dostluğu” stansiyalarının adlarının dəyişdirilməsi ilə bağlı zaman-zaman sosial şəbəkələrdə müzakirələr gedib.
Amma bununla bağlı qərar verilməyib.
Naibə
"Cebhe.info"