Bazardan reportaj: Mövsümi məhsullar neçəyədir?

Bazardan reportaj: Mövsümi məhsullar neçəyədir?

Mövsümlə əlaqədar bazarlarda bəzi məhsulların qiymətində dəyişiklik müşahidə olunur.

“Cebhe.info”-nun əməkdaşı xəbər verir ki, hazırda Şəki bazarında satılan yumurtanın qiymətində ucuzlaşma müşahidə olunur.

Belə ki, əvvələr bir ədədi 25-30 qəpiyə satılan kənd yumurtası bu gün bazarda 20 qəpiyə təklif edilir.

Bununla yanaşı, bazarda mal əti 14-15, qoyun əti isə 15 manata satışa çıxarılır.

Süd məhsullarının qiymətinə gəldikdə, bazarda inək südünün 1 litri 1,50 AZN olduğu halda, camış südünün 1 litri isə 2 manata satılır. Camışın südü kimi yağı da daha yüksək qiymətə, kilosu 20 manata təklif olunur. Temiz nehrə yağının kilosu isə 16 manat təşkil edir.

Mövsümlə əlaqədar pomidor və xiyarın da qiymətində dəyişikliklər var. Belə ki, xiyarın kilosu 2 manat 50 qəpiyə satılır, pomidorun qiyməti isə 3-4 manat arasında dəyişir. Hazırda vitrinlərdə kartof və soğan isə 0.50-1 manata satışa qoyulub.

Mövsümlə əlaqədar bazara çıxarılan çiyələyin kilosu növündən asılı olaraq 3-7 manata təklif olunur.

Ümumi olaraq qışa nisbətdə qiymətlərdə enmə müşahidə edilsə də, alıcılar tərəfindən qiymətlər hələ də münasib hesab edilmir.

Qeyd edək ki, alıcılar rayon bazarlarında kənd məhsullarının qiymətinin Bakı ilə müqayisədə normal olduğunu hesab edirlər.

Ləman İsmayıl
"Cebhe.info"