Dövlət İmtahan Mərkəzi sığortaçı seçib

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşların könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Cebhe.info dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Meqa Sığorta" ASC-dir.
Qalib şirkətə 182 min manat ödəniləcək.
Cebhe.info