DSMF-nin gəlir və xərclərində 70 faiz artım olub

DSMF-nin gəlir və xərclərində 70 faiz artım olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi davam edir.

2018-2023-cü illərdə DSMF-nin gəlir və xərcləri 70 faiz artaraq 6 mlrd. 264 mln. manata, sosial sığorta daxilolmaları 2,1 dəfə artaraq 4 mlrd. 784 mln. manata çatıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2019-cu ilin əvvəlindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatı sistemlərinə başlanıb. Ötən dövrdə 560 min pensiya, müavinət, təqaüd təyinatı vətəndaş müraciətinə və sənəd təqdim etməsinə ehtiyac olmadan elektron sistem üzərindən proaktov qaydada aparılıb.

Son illər aparılan sosial islahatlar nəticəsində Fondun fəaliyyətində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə, çevik və şəffaf xidmətlərə əsas verən mərkəzləşmiş iş mexanizmlərinin tətbiqinə keçilib. Bu il isə yeni qanunvericilik aktları qəbul olunaraq DSMF-yə sərbəst vəsaitlərini investisiyaya yönəltmək imkanı yaradılıb.

2,5 milyon şəxsə xidmət göstərən DSMF-də aparılan islahatlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Ötən il və bu ilin ilk aylarında Fond 10 beynəlxalq mükafatla (O cümlədən: “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatı (Böyük Britaniya), “Sosial təminat sahəsində islahata görə Mükəmməllik Sertifikatı, 2023-cü ilin Qalibi” ali mükafatı (Böyük Britaniya), Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, beynəlxalq müsabiqədə 1 Qızıl, 2 Xüsusi Mükafat (Malayziya) və s.) təltif edilib.

Son illər DSMF 5 İSO beynəlxalq sertifikatı da əldə edib.

Cebhe.info