Gözlənilən hava şəraiti - PROQNOZ

Gözlənilən hava şəraiti - PROQNOZ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən,  dekabrın 15-də havanın minimal  temperaturu Bakıda və Abşeron yarımadasında  2 dərəcə şaxtadan 1 dərəcəyədək  isti, 15-16-da isə Mərkəzi Aran rayonlarında 6 dərəcəyədək,  dağlarda  8-13 dərəcə, dağlıq  rayonlarda  18-23 dərəcə şaxta olacağı  gözlənilir.

Bu barədə "Cebheinfo.az"-a xidmətdən məlumat verilib.

Qeyd olunub ki, bu səbəbdən bəzi yolların buz bağlayacağı ehtimalı var.

Tövsiyə edilir ki, gözlənilən hava şəraitini nəzərə alaraq yollarda ehtiyatlı olasınız. 

"Cebheinfo.az"