Həkim əməliyyatın dayandığını yazdı, "Yeni Klinika" cavab verdi: "Yaxın günlərdə..."- ÖZƏL

“Yeni Klinika” ilə bağlı bir iddia yayılıb.
Belə ki, “Yeni Klinika”da asrtospok cihazının natamam olduğu və buna görə də oynaq əməliyyatlarının olunmadığı önə sürüb. Bu barədə tanınmış həkim Aydın Əliyev “Facebook” hesabında paylaşım edib.
“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Cebhe.info-nun sorğusuna cavab olaraq məsələyə münasibət bildirib:
“Son günlər "Yeni Klinika"da artroskop alətinin olmaması və bununla əlaqədar müəyyən oynaq əməliyyatlarının icra olunmadığı ilə bağlı məlumat yayılıb. Məlumat üçün bildirək ki, "Yeni Klinika" Publik Hüquqi Şəxs (PHŞ) dövlət müəssisəsi olduğu üçün bütün tibbi cihaz və digər satınalmalar tender vasitəsilə həyata keçirilir.
Qeyd edilən alətin satın alınması üçün artıq müvafiq tender keçirilib. Məhsul yaxın günlərdə qalib şirkət tərəfindən müəssisəyə təqdim olunacaq. Xatırladaq ki, "Yeni Klinika" tibb müəssisəsində vətəndaşlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan xidmətlərdən tam ödənişsiz yararlana bilərlər.
Qeyd edək ki, pasiyent müraciətlərinin tam şəkildə təmin olunması üçün icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan ancaq klinikada göstərilməyən xidmətlərlə bağlı müvafiq xəstəxanalara göndəriş verilir".
Elmir Mustafa
Cebhe.info