İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 13,5 manatdır.
İddiaçılar təkliflərini martın 12-si, saat 10:00-a qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanına təqdim edə bilərlər.
Təkliflərə martin 12-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
"Cebhe.info"