"Kəlbəcər və Laçın rayonlarının iqtisadi resursları" adlı layihə çərçivəsində Cəbrayılda tədbir keçirildi - FOTOLAR

"Kəlbəcər və Laçın rayonlarının iqtisadi resursları" adlı layihə çərçivəsində Cəbrayılda tədbir keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi "Kəlbəcər və Laçın rayonlarının iqtisadi resursları" adlı layihəsinin icrasını fəaliyyət planına uyğun olaraq uğurla Cəbrayıl sahibkarları ilə birgə keçirdi.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, 4 saylı Cəbrayıl qəsəbəsində keçirilən tədbirdə Cəbrayıl RİH Başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva, sahibkarlar, fermerlər və qəsəbə sakinləri iştirak edirdilər. Növbəti tədbirləri regionlarda davam etditən təşkilat sədri Rahilə Mehdiyeva çıxış edərək, əvvəlcə layihə haqqında geniş məlumat verib. Daha sonra layihənin mövzusu ilə əlaqədar tədbirdə iqtisadi ekspert Orxan Bayramlı mövzu ilə bağlı çıxış edərək, bu gün işğaldan azad edilmiş digər rayonlarımızda aparılan quruculuq işləri ilə yanaşı, Kəlbəcər və Laçın rayonlarımızda aparılan quruculuq işlərindən, iqtisadi resursları, potenisialı ilə bağlı  sahibkarlara geniş məlumat verib.  

Tədbirdə  iştirak edən  RİH rəsmisi Fəridə İbayeva çıxış edərək, əvvəlcə bu cür layihələrin keçirilməsi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyə minnətdarlığını bildirdi. Sonra Kəlbəcər və Laçın rayonlarının iqtisadi resurslarına diqqət çəkərək, sahibkarlara Kəlbəcər və Laçın rayonlarının ağıllı idarəetmə modellərinin tətbiqi, yaradıcı mühitin formalaşdırılması və resurslardan effektiv istifadə imkanlarından bəhs edərək bildirib ki, bu ərazilərdə istehsal və istehlakın səmərəli modellərinə keçidi təmin etmək mümkündür. O, qeyd edib ki, tezliklə Cəbrayıl sakinləri də öz doğma yurd- yuvalarına qayıdaraq, öz biznes mühitlərini genişləndirməyə nail olacaqlar.

Geniş tərkibdə keçirilən tədbir müzakirə və sual cavab şəkilində davam etdirildi.

"Cebheinfo.az"