Nizami rayonunda növbəti park abadlaşdırıldı

Nizami rayonunda növbəti park abadlaşdırıldı

Nizami rayonunda davam edən abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi küçəsi, 32A ünvanındakı park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi.

“Cebhe.info” xəbər verir ki, abadlaşdırılan parkda azyaşlı uşaqlar üçün müxtəlif növ oyun elementlərindən ibarət meydança, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman qurğuları quraşdırıldığı idman meydançası yaradılıb. Bundan əlavə, ərazidə söhbətgahlar, oturacaqlar, tullantılar üçün qutular qoyulub.

Parkda elektrik sistemi yenidən qurularaq yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, səki və tamet daşları yenilənib.

Nigar
“Cebhe.info”