“Nizami” stansiyasına su haradan sızır? - RƏSMİ AÇIQLAMA

“Nizami” stansiyasına su haradan sızır? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunun “Nizami” stansiyasında platformanın tavanının bərkidilməsi tədbirləri davam edir.

Belə ki, gücləndirmə tədbirləri yalnız gecə saatlarında, sərnişinlərin metrodan istifadə etmədiyi vaxtlarda aparılır. Təmir müddətində stansiyada müvafiq nəzarət mexanizmləri fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda “Nizami” stansiyasında platformanın tavan örtüyü sökülərək, müvəqqəti işıqlanma sistemi qurulub. Bütün bunlara baxmayaraq stansiyanın tavanından su damlayır.

Maraqlıdır, stansiyanın tavan örtüyündən su stansiyaya haradan axır?

Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, platformanın tavanından stansiyaya axan sular qrunt sularıdır:

“Qrunt sularının özünə məxsus xususiyyətləri var. Qrunt sularının axması metropolitendə baş verə biləcək daimi hadisələrdən biridir. Biz bununla mübarizə aparırıq. Belə ki, qrunt suları metropoltenin su anbarlarına yönləndilir, oradanda da nasoslar vasitəsilə Bakı şəhər kanalizasiya sistemlərinə vurulur. Beləliklə axının qarşısını alırıq”.

Həsən Məmmədov
Cebhe.info