Parlamentdə ailə dəyərləri müzakirə ediləcək
Qanunvericilik aspektində ailə dəyərləri mövzusunda dinləmə keçiriləcək.
Cebhe.info xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün İş Planına “Qanunvericilik aspektində ailə sağlamlığı və dəyərləri” mövzusunda dinləmə daxil edilib.
Eyni zamanda İş Planında “Autizmin tibbi-sosial aspektləri və sosial-müdafiə tədbirləri” ilə bağlı dinləmə keçirilməsi də nəzərdə tutulub.
İş Planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Cebhe.info