Xalq artistinin səhhəti necədir?
Xəbər verdiyimiz kimi, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
Yanvarın 17-də isə vəziyyətinin ağırlaşması səbəbilə Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Xalq artistinin səhhəti ilə bağlı mədəniyyət yazarı, prodüser Vasif Ayan “Cebheinfo.az”a açıqlamasında bildirib ki, Ənvər bəy onu görən kimi gülümsəyib:

“Bir neçə saatdır Xəzər Tibb Mərkəzindəyəm. Görüşməyə icazə vermirlər. Amma buna baxmayaraq onunla görüşə bildim, əlindən tutdum. Ənvər bəy məni görən kimi gülümsədi. Axırda da gözü ilə sağollaşdı. Xəstəxana dəyişimi ilə bağlı isə hələlik danışıqlar gedir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

