Belçikada İran xalqının rejimə qarşı qurtuluş hərəkatına dəstək mitinqi keçiriləcək - VİDEO

Belçikada İran xalqının rejimə qarşı qurtuluş hərəkatına dəstək mitinqi keçiriləcək - VİDEO

Martın 25-də Belçikada İran xalqının rejimə qarşı qurtuluş hərəkatına dəstək mitinqi keçiriləcək.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, Brüsselin Lüksenburq meydanında başlayacaq yürüş Avropa Parlamentinin inzibati binası qarşısında mitinqlə davam edəcək.

“Azadlıq, Ədalət, Milli Hökumət” yalnız Güney Azərbaycana aid olan milli qurtuluş şüarı deyil‼️ Əslində bu şüar İranda 100 ildən artıq əsarətdə yaşayan bütün qeyri-fars millətlərin qurtuluş şüarıdır. Nə gözəl ki, bu dövrdə Güney Azərbaycan türkləri həmişəki kimi millətlərin qurtuluş hərəkatına rəhbərlik edir. Nə mutlu türküm deyənə!”, - deyə kanaldan əlavə edilib.

Cebhe.info