Masallının altı kəndinin enerji verilişində fasilə yaranacaq

Masallının altı kəndinin enerji verilişində fasilə yaranacaq

Masallı rayonunun iki kəndinə ilk dəfə elektrik xətti çəkiləcək.

Rayonun Ulum və Dico kəndləri elektrik enerjisi ilə təmin olunacaq.

Artıq Nazirlər Kabineti tərəfindən sözügedən kəndlərdə yaşayan sakinlərin sosial problemlərinin həlli ilə əlaqədar elektrik xəttinin çəkilməsi istiqamətində qərar qəbul edilib.

Qeyd edək ki, rayon mərkəzindən 20-25 kilometr aralıda yerləşən Miyankü kənd inzibati ərazi dairəsinə daxil olan Ulum və Dico kəndləri dağlıq ərazidə və çətin relyefdə yerləşir. Hazırda Dico kəndində bir, Ulum kəndində isə iki ailə yaşayır.

"Cebhe.info"