Britaniyanın yeni silahlı qüvvələr üzrə dövlət naziri təyin olunub

Britaniyanın yeni silahlı qüvvələr üzrə dövlət naziri təyin olunub

Leo Dokerti Böyük Britaniyanın yeni silahlı qüvvələr üzrə dövlət naziri təyin olunub.

Bu barədə Leo Dokerti "X" səhifəsində yazıb.

"Silahlı qüvvələr üzrə dövlət naziri kimi Müdafiə Qərargahına qayıtmaqdan və bu komandaya qoşulmaqdan məmnunam", - paylaşımda deyilir.

Qeyd edək ki, bundan əvvəl o, Avropa məsələləri üzrə dövlət naziri olub.

"Cebhe.info"