Lotereyadan 1,13 milyard dollar qazandı

Lotereyadan 1,13 milyard dollar qazandı

Nyu-Cersi ştatından olan bir şəxs ABŞ-də təxminən 1,13 milyard dollar dəyərində "Mega Millions" lotereyasında qalib gəlib.

"Cebhe.info" "CNN"-ə istinadən xəbər verir ki, səlahiyyətlilər ABŞ tarixində beşinci ən böyük cekpotun verildiyi "Mega Millions" lotereyasının sahibini tapdıqlarını açıqlayıblar.

Təxminən 4 aya yaxındır davam edən və Nyu-Cersidən olan şanslı qalibin qazandığı lotereyanın uğurlu nömrələri 7, 11, 22, 29, 38 və 4 olub.

Ölkənin müxtəlif bölgələrindən olan 13 bilet sahibi çəkilmiş ilk 5 topun nömrələrini uyğunlaşdırmaqla ən azı 1 milyon dollar məbləğində mükafat qazanıb.

Cekpotun qalibi mükafatın illik ödənişini qəbul edərsə, bütün 1,13 milyard dollara və ya birdəfəlik ödəməyə üstünlük verərsə, 537,5 milyon dollara sahib olacaq.

ABŞ-nin 45 ştatında, paytaxt Vaşinqtonda və Virciniya adalarında oynanan “Mega Millions” oyunu sonuncu dəfə 2023-cü il dekabrın 8-də olub.

Ölkə tarixindəki ən böyük lotereya cekpotları 2022-ci ilin noyabrında 2,04 milyard dollar və 2016-cı ilin yanvarında 1,586 milyard dollarlıq “Powerball” lotereyaları olub.

Nigar Hacılı 
"Cebhe.info"