Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb

Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb

Sumqayıtda zavodda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sumqayıt Boruyayma Zavodunda qeydə alınıb.

Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin iş zamanı başına boru düşüb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"