Daha bir türk futbolçu İtaliyada oynaya bilər

Daha bir türk futbolçu İtaliyada oynaya bilər

İtaliyanın “Udineze” klubu heyətinə türk futbolçu qata bilər.

“Cebhe.info” xəbər verir ki, onların hədəfində Türkiyənin “Beşiktaş” klubunun üzvü Salih Uçan var.

Tərəflər arasında hələlik razılıq əldə olunmadığı bildirilir. Lakin 30 yaşındakı futbolçunun mövsüm sonunda İtaliyaya gedə biləcəyi proqnozlaşdırılır. Daha öncə “Roma”da da oynamış yarımmüdafiçənin İtaliyaya qayıtmağa müsbət yanaşdığı deyilir. 

Qeyd edək ki, Salih Uçan bu mövsüm “Beşiktaş” forması ilə meydana çıxdığı 31 matçda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.

Elmir
“Cebhe.info”