Azərbaycanda “Lada” avtomobilləri yığılacaq: “Hansısa qalstuklu müəllim…”

Azərbaycanda “Lada” avtomobilləri yığılacaq: “Hansısa qalstuklu müəllim…”

“Azərbaycada indi də “Lada” avtomobilləri yığılacaq, bəli-bəli, istehsal olunmayacaq, məhz yığılacaq”.

“Cebhe.info” xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, yəqin hansısa qalstuklu müəllim Rusiya istehsallı modelləri öz nəzarətinə götürüb:

““Lada”-nı Rusiyadan idxal edəndə büdcəyə N qədər rüsum-vergi ödənilir, maşınları tam hazır, amma, məsələn, güzgüsüz, təkərsiz, oturacaqsız gətirirsən, məmləkətdə güzgüsünü, oturacağını, təkərini yerinə bağlayıb silib-təmizləyirsən olur “istehsal”, nə rüsum ödənilir, nə vergi.

Dəfələrlə hökumətə ictimai çıxışlarda demişik ki, maşın istehsalı yaxşıdır, amma detallarının ən azı 25-30 %-i ölkədə istehsal olunmalıdır.

Bu zaman yan sahələr yaranır, yeni iş yerləri açılır, yerli mütəxəssislər yetişir, bunların “istehsal” adı ilə təqdim etdikləri avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir, bunun adı istehsal deyil, “vintaçanla yığılmadır”, rüsum-vergidən yayınma cəhdidir”. 

Nigar
“Cebhe.info”