Bakıda “GreenAgroHack” hakaton yarışması keçiriləcək

Bakıda “GreenAgroHack” hakaton yarışması keçiriləcək

Bu il 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi təşkil olunacaq.

“Cebehe.info” xəbər verir ki, 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə  “GreenAgroHack” hakaton yarışması keçiriləcək.

Müsabiqə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə kənd təsərrüfatı sahəsi istiqamətində xüsusi proqram təminatlarının hazırlanması, ağıllı həllər, aqrar sahədə innovasiyanın rolu və əhəmiyyətini gənclər arasında təşviq etmək məqsədi daşıyır.

Nigar
“Cebhe.info”