APA-nın yubileyidir

"Azəri-Press" Agentliyinin (APA) yaranmasından 20 il keçir.
“Cebheinfo.az” bildirir ki, "Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.
APA qısa müddətdə geniş oxucu auditoriyası toplayıb. 24 saat fəaliyyət göstərən agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində gündəlik 400-500 material dərc edir.
APA öz göstəriciləri ilə media sahəsində aparıcı mövqedə dayanmaqdadır. Agentliyin komandası oxuculara daim yeni və maraqlı materialları operativ şəkildə təqdim edir.
Qeyd edək ki, APA-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi fəaliyyət göstərir. “APA-Economics”in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır.
Həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!
“Cebheinfo.az”