18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür

18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür

18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur.

"Cebhe.info" xəbər verir ki, Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunması ilə bağlı Ümummilli Lider Heydər Əliyev 1997-ci ildə sərəncam imzalayıb.

Heydər Əliyev 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir.

Həmin sərəncamda qeyd edilir ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Həmçinin ölkə başçısının 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər ilin iyun ayının 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Ləman İsmayıl
"Cebhe.info"