Arye Qut vəfat edib

Arye Qut vəfat edib

Siyasi analitik Arye Qut vəfat edib.

Cebhe.info xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

O, uzun sürən xəstəlikdən sonra İsraildə dünyasını dəyişib.

Xatırladaq ki, Arye Qut 2 iyun 1975-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirərək, gənc yaşlarında BDU-da müəllim kimi fəaliyyət göstərib.

2000-ci ildə İsrailə köçüb. 2002-2009-cu illər ərzində Arye Qut tanınmış "GİLRO LTD" İsrail şirkətində idxal-ixrac departamentin rəhbəri kimi çalışıb.

2007-2009-ci illərdə Arye Qut Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışıb.

Bununla yanaşı, Arye Qut İsrail-Turkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərindən biri kimi tanınıb.

2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib.

Cebhe.info