“Ən yaxşı təqdimat”:Müsabiqədə yeni mərhələ

Aprelin 8-dən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında həyata keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinə start verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”a verilən məlumata görə, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunurlar.Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümünə həsr olunub. Onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.
Nigar
“Cebheinfo.az”