Məktəblər nə vaxt açılıb-bağlanır? - Azərbaycanda və dünyadakı FƏRQ

Məktəblər nə vaxt açılıb-bağlanır? - Azərbaycanda və dünyadakı FƏRQ

Azərbaycanda tədris ilinin başlama və bitmə vaxtı ilə bağlı müzakirələr yenidən başlayıb.

Milli Məclisin deputatı Fazil Mustafa tədris ilinin vaxtının dəyişdirilməsi təklifi ilə çıxış edib. O, dərslərin sentyabrın 1-dən başlanmasının lehinə olduğunu deyib.

Ölkəmizdə 2004-cü ilə qədər tədris ili sentyabrın 1-nə təsadüf edirdi. 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb, beləliklə, həmin gün Bilik Günü elan edilib.

2019-cu ilədək isə dərs ili 31 may tarixində başa çatıb.

2019-cu ildə ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalanıb. Əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Maraqlıdır ki, digər ölkələrdə tədris ili hansı tarixdə başlayır?

Cebhe.info bununla bağlı araşdırma aparıb:

Bir çox ölkələrdə dərslərin başlanma tarixi ölkəmizdəki kimidir.

*Bolqarıstanda dərslərin başlama tarixi Azərbaycanla eynidir.

*ABŞ-da dərslərin başlama tarixi ştatlara görə fərqlənir.

Belə ki, hər ştatdan asılı olaraq, yeni dərs ili avqustdan sentyabradək istənilən tarixdə ola bilər.

*Fransada yeni dərs ili sentyabrın əvvəlində başlayır, lakin dərslərin başlanacağı gün məktəblər tərəfindən təyin edilir.

*Yaponiyada isə tədris ili aprelin 1-də başlayır.

*Rusiyada tədris ilinin başlanğıcı 1 sentyabrdır. Ölkədə dərs ili 25 mayda başa çatır.

*Pakistanda isə dərslərə avqustda start verilir və mayda sona çatır.

*Belçikada da dərs ili sentyabrın sonunda başlayır, iyunun 30-da başa çatır.

*Hindistanda yeni dərs ili iyun ayında başlayır, mart ayında başa çatır.

Hindistanda məktəbə 4 yaşında gedilir.

*Braziliyada isə yeni dərs ili fevralın birinci həftəsi başlayır, dekabrda yekunlaşır.

Braziliya qanunlarına görə, tətil müddəti həm orta, həm də ali məktəblərdə 200 gün olmalıdır.

*Kanadada Əmək Günü sentyabrın ilk bazar ertəsi qeyd edilir və yeni tədris ili başlayır.

*Avstriyada dərslər bəzi bölgələrdə sentyabrın ilk bazar ertəsi başlayır, iyunun son cümə günü isə bitir.

Digər yerlərdə isə sentyabrın ikinci bazar ertəsi başlayıb, iyulun ilk cümə günü bitir

*İrlandiya, Polşa, Litva, İran, Sloveniyada da dərs ili sentybarda başlayıb iyunda başa çatır.

*Türkiyədə isə dərslər 31 aqvust tarixində başlayıb 17 iyunda başa çatır.

Naibə
Cebhe.info