ABŞ-dən Yəmənə növbəti hücum

ABŞ-dən Yəmənə növbəti hücum

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-nin paytaxt Səna, Marib və Hudeydəyə 22 hava hücumu təşkil etdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, hücum barədə məlumat husilərə bağlı "Əl-Məsirə" televiziyası tərəfindən yayılıb.Yəməndəki husilər ABŞ-nin hücumlarında hər hansı itki olub-olmaması ilə bağlı heç bir məlumat paylaşmayıb.

Bu hücumlarla bağlı ABŞ-dən heç bir açıqlama verilməyib.Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlamışdı. 

ABŞ Prezidenti Donald Tramp isə martın 15-də Truth Social platformasında orduya Yəməndə husilərə qarşı “kütləvi hücum”a başlamaq göstərişi verdiyini bildirmişdi.

Husilərin lideri Əbdül-Malik əl-Husi də ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və hücumlarını davam etdirdikcə, dənizdə naviqasiya ilə bağlı blokadaların Vaşinqtonu da əhatə edəcəyini bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"