Danimarka Ukraynaya 2.2 milyard pul ayırdı

Danimarka Ukraynaya 2.2 milyard pul ayırdı

Danimarka Ukraynaya təxminən 295 milyon avro (2,2 milyard kron) yardım ayırıb.

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatı yayılıb.

Məlumata görə, bu pul döyüş sursatlarının, pilotsuz təyyarələrin alınmasına, həmçinin Çexiya və Niderland ilə birlikdə raket komponentlərinin istehsalınasərf olunacaq.

Yardım paketinə Ukraynanın müdafiə sənayesinə 200 milyon sərmayə yatırılması, həmçinin dəniz potensialının yaradılması üçün pul da daxildir.

"Cebhe.info"