Danışıqlar üçün Qahirəyə getdilər

Danışıqlar üçün Qahirəyə getdilər

İsrail və Qətərin nümayəndə heyətləri Qəzza zolağı ilə bağlı danışıqlarda iştirak etmək üçün Misirin paytaxtına gedib.

Bu barədə Misir Dövlət İnformasiya Xidməti məlumat yayıb.

Məlumata görə, Qahirədəki məsləhətləşmələrdə adı açıqlanmayan ABŞ nümayəndələri də iştirak edir.

Hər iki tərəfin həm İsrailin, həm də HƏMAS hərəkatının əldə edilmiş razılaşmalara sadiq qalmasını təmin etmək üçün Fələstin anklavında atəşkəs razılaşmasının növbəti mərhələlərini müzakirə edəcəyi gözlənilir.

Bildirir ki, Qahirədə danışıqların digər mövzusu Qəzzaya humanitar yardımın çatdırılması olacaq.

"Cebheinfo.az"