Deripaska: "Ukrayna ilə müharibə dəlilikdir"
Oleq Deripaska Rusiyanın hərbi xərclərini tənqid edib və Ukrayna ilə müharibəni “dəlilik” adlandırıb.
Modern.az xəbər verir ki, bu, Deripaskanın müsahibə verdiyi Yaponiyanın “Nikkei Asia” nəşrinin materialında qeyd olunub.
Vurğulanıb ki, bəzi Qərb dövlətləri onu “Putinin ən sevimli oliqarxlarından biri” hesab edirlər. Biznesmen özü Vladimir Putinə nə qədər yaxın olduğunu şərh etməkdən imtina edib:
“Heç bir dəyişiklik yoxdur. Onlar (Rusiya hakimiyyəti) mənə toxunmur, biz də (sahibkarlar) siyasətə toxunmuruq”.
Həmçinin müsahibəsində iş adamı sanksiyalar altındakı Rusiya iqtisadiyyatı üçün Asiya ölkələri ilə ticarətə “həyati əhəmiyyət” verib. O, Hindistan və Çinə mal ixrac etməyi “həyat xətti” adlandırıb.
"Cebheinfo.az"