Efiopiyada sərnişin avtobusu çaya düşüb

Efiopiyada sərnişin avtobusu çaya düşüb

Efiopiyanın cənubunda ağır yol qəzası olub, azı 15 nəfər ölüb, 27-i yaralanıb.

Bu barədə yerli rəsmilərə istinadən "Fana" məlumat yayıb.

Məlumata görə, qəza sərnişin avtobusunun əyləc nasazlığı səbəbindən idarəetməni itirərək çaya düşməsi nəticəsində baş verib.

Yaralılardan 21-nin vəziyyəti ağırdır.

"Cebheinfo.az"