Rusiyanın qaz sektoruna sanksiya tətbiq edilməyəcək

ABŞ-la qaz anlaşmasının olmaması Avropa İttifaqının Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) sektoruna sanksiya tətbiq etməsinə mane olur.
"Cebheinfo.az" "Politico"-ya istinadən bildiri ki, Avropa İttifaqı Rusiyadan enerji resurslarından imtina etməklə bağlı hazırladığı “yol xəritəsi”nin dərcini də təxirə salıb.
Nəşrin yazdığına görə, Avropa İttifaqı fevral ayında Rusiya mayeləşdirilmiş təbii qazına qarşı sanksiyalar tətbiq etməyib.
Buna səbəb isə Brüsselin əvvəlcə ABŞ-la Amerika LNG-nin tədarükü barədə razılığa gəlmək istəməsidir.
Səbinə Uğur
"Cebheinfo.az"