ABŞ bu qurumdan da çıxır

ABŞ Rusiyanın Ukraynaya müdaxiləsini araşdıran qrupun tərkibindən çıxır.
“Cebheinfo.az” “The New York Times”a istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin əməkdaşları bu barədə Avropadakı həmkarlarını əvvəlcədən məlumatlandırıblar.
Bildirilıb ki, Vaşinqton bu qərarını 17 martda rəsmi şəkildə açıqlayacaq.
Qeyd edək ki, ABŞ bu təşəbbüsə 2023-cü ilin noyabrında, Co Baydenin prezidentliyi dövründə qoşulmuşdu.
Donald Trampın administrasiyası isə bu beynəlxalq qrupdan çıxmağın səbəbini dövlət xərclərinin yenidən bölüşdürülməsi zərurəti ilə izah edir.
Səbinə Uğur
"Cebheinfo.az"