Ərdoğan onlarla görüşməyəcək

Ərdoğan onlarla görüşməyəcək

Cümə axşamı İstanbulda danışıqlar aparacaq Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın planında deyil. 

"Cebheinfo.az"  xəbər verir ki, Türkiyə liderinin proqramı paytaxt Ankarada onun iştirakı ilə cümə axşamı günü keçiriləcək tədbirlər cədvəlinə uyğun olaraq hazırlanıb.Rusiya və Ukrayna arasında son üç ildə ilk birbaşa danışıqların Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə cümə axşamı İstanbulda keçirilməsi planlaşdırılır. Danışıqlarda Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski başçılıq edəcək.

Ərdoğan Ukrayna Prezienti Volodimir Zelenskini cümə axşamı Ankaradakı iqamətgahında qəbul edəcək.

Türkiyə liderinin, həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (Ak partiya) konqres mərkəzində və Türkiyə Ticarət və Sənaye Palataları Birliyində (TOBB) tədbirlər keçirməsi planlaşdırılır.Cədvəldən məlum olduğu kimi, Türkiyə liderinin cümə axşamı planlaşdırdığı bütün tədbirlər Ankarada baş tutacaq.

Xəzər
“Cebheinfo.az”