Erməni nazir ATƏT-ə də Alma-Ata Bəyannaməsindən danışdı

Erməni nazir ATƏT-ə də Alma-Ata Bəyannaməsindən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçirilən Diplomatik Forum çərçivəsində ATƏT-in baş katibi Helqa Şmidlə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ararat Mirzoyan və Helqa Şmid Ermənistan Respublikası ilə ATƏT arasında əməkdaşlıq məsələlərini, o cümlədən fərdi proqramların həyata keçirilməsini müzakirə ediblər.

“Cebhe.info” xəbər verir ki, tərəflər regional məsələlərə də toxunublar.

Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində aparılan son müzakirələri və əsas məsələləri Helqa Şmidin diqqətinə çatdırıb.

Nazir xüsusilə də 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq demarkasiyanın gələcək prosesinin təmin edilməsi və regional kanalların blokunun açılması ilə bağlı Ermənistan Respublikasının mövqeyini təqdim edib. 

Xəzər
“Cebhe.info”