Ermənistan seçim qarşısında: Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi Birliyi?

“Əgər Ermənistan Avropanın seçim yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Avrasiya İqtisadi Birliyi xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq. Yəqin ki, bu, təəssüflər olsun, Ermənistan əhalisi üçün də daxil olmaqla, kifayət qədər ağrılı proses olacaq”.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində belə deyib.
“Söhbət Rusiyanın və ya kiminsə bizim çox inkişaf etmiş iqtisadi əməkdaşlığımız kontekstində Ermənistanı kənarlaşdırmaq və ya ona zərər vurmaq istəyindən getmir. Ötən il bizim ticarət dövriyyəmiz əhəmiyyətli artım nümayiş etdirərək təqribən 12 milyard ABŞ dolları təşkil edib.
Bizim Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz. Bu, bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır. Bizi Gürcüstanla olduğu kimi, çoxəsrlik ümumi tarix, Böyük Vətən müharibəsindəki ümumi qələbə, ümid edirəm ki, mayın 9-da birgə qeyd edəcəyimiz 80 illik yubiley bağlayır. Məsələ burasındadır ki, Avropa İttifaqına və Avrasiya İqtisadi Birliyinə eyni vaxtda üzvlük mümkün deyil. Çünki bu ittifaqların müxtəlif gömrük və tarif tənzimləmələri var. Bunlar mahiyyətcə fərqli iqtisadi bloklardır.
Buna uyğun olaraq, erməni həmkarlarımız yəqin ki, nə vaxtsa hansı istiqamətə yönəldiklərini müəyyənləşdirməli olacaqlar: Avropa İttifaqına inteqrasiya, yoxsa AİB vasitəsilə Avrasiya inteqrasiyasında iştirakın davam etdirilməsi. Bu iştirak Ermənistan əhalisinə aşkar fayda gətirir. Bu, ilk növbədə, Ermənistanın ümumi daxili məhsulunun artımı üçün çox mühüm rəqəmlərdə ifadə olunur. Son bir ildə bu, təxminən 6 faiz təşkil edib.Digər tərəfdən, indiki mərhələdə Avropa İttifaqı Ermənistan və digər ölkələr üçün nədir? Bu, giriş üçün “dumanlı” perspektivləri olan tələblər və meyarlar toplusudur.
Əgər Ermənistan Avropanın seçim yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın AİB xətti üzrə tərəfdaşları ilə mövcud olan iqtisadi münasibətlərə yenidən baxılmasına səbəb olacaq. Bu, yəqin ki, Ermənistan əhalisi üçün də kifayət qədər ağrılı proses olacaq. Ölkə rəhbərliyinin AİB-dən çıxmaqla nələri itirə biləcəyini, Avropa İttifaqına üzvlükdən əslində, nə qazana biləcəyini öz əhalisinə izah edəcəyini məntiqi baxımdan, güman etmək mümkündür.
Bunlar hamısı əsasən iqtisadi əməkdaşlıqda real olmayan efemer ideologiyalardır. Hətta bu gün Ermənistanın Aİ ölkələrinin hər biri ilə ticarət dövriyyəsi Rusiya ilə müqayisədə bir neçə dəfə aşağıdır. Hələ onu demirik ki, Aİ Ermənistanın əsas iqtisadi tərəfdaşı və strateji müttəfiqi olan Rusiyaya qarşı açıq şəkildə düşmənçilik siyasəti aparır.
Bu, Ukraynadakı böhranın siyasi və diplomatik yolla həllinə, sülhə nail olmağa yönəlmiş istənilən fəaliyyətin qarşısını almaq üçün Rusiyanı strateji cəhətdən məğlub etməyə və ölkəmizi zəiflətməyə, Rusiya ilə onun MDB, Aİİ və KTMT-dəki strateji tərəfdaşları və müttəfiqləri arasında münasibətlərdə gərginlik yaratmaq cəhdlərinə yönəlmiş zəhlətökən, manyak bir istəkdən ibarətdir. Rəsmi İrəvanda ümid edirəm ki, onlar bu vəziyyəti görürlər və buna uyğun qiymət verirlər. Həlıkik Ermənistan Avrasiya İqtisadi Birliyinin heç bir strukturundan çıxmayıb”, - deyə Qaluzin bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”