Yeni nazirdən son dəqiqə İran açıqlaması

Yeni nazirdən son dəqiqə İran açıqlaması

Suriya müvəqqəti hökumətinin xarici işlər naziri Esaad Həsən əl-Şibani İranın Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Şibani bu barədə "X" hesabında paylaşım edib.

O bildirib ki, İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir:

“İrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsinlər və son bəyanatlarının nəticələrinə görə onlar məsuliyyət daşıyırlar".

Nigar Hacılı 
"Cebheinfo.az"