Haniyənin ölümü ilə bağlı yeni detal

Haniyənin ölümü ilə bağlı yeni detal

Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı İran İnqilab Mühafizəçiləri rəsmi açıqlama verib.

"Cebheinfo.az" xəbər verir ki, İnqilab Keşikçiləri Haniyənin otağından kənarda şiddətli partlayışla müşayiət olunan təxminən 7 kq ağırlığında tandem-kumulyativ döyüş başlığına malik raket ilə öldürüldüyünü bildirib.

İnqilab Keşikçiləri Haniyənin öldürülməsini “barbarlıq və terror aktı” adlandırıb: “Hücum məhz ABŞ cinayətkar hökumətinin dəstəyi ilə sionist rejim tərəfindən hazırlanıb və həyata keçirilib”. 

İnqilab Keşikçiləri "Avantürist və terrorçu sionist rejim bu cinayətin cavabını qətiyyətlə alacaq” xəbərdarlığı edib:

“Tehranın intiqamı uyğun vaxt, məkan və ağır şəkildə olacaq”.

Ləman İsmayıl
"Cebheinfo.az"