İkinci pilotsuz döyüş təyyarəsi "ANKA-3" gəlir

İkinci pilotsuz döyüş təyyarəsi "ANKA-3" gəlir

Türkiyə Müdafiə sənayesində iddialı layihələr bir-birinin ardınca elan edilir.

Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi yeni nəsil pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma” (MİUS) dekabrın 14-də ilk uçuş sınaqlarını uğurla başa vurduqdan sonra, görüntüləri ötən həftələrdə paylaşılan reaktiv mühərrikli "ANKA-3 MIUS"-dan gözlənilən xəbər gəldi.

Cebhe.info xəbər verir ki, Türkiyənin müdafiə sənayesi tərəfindən irəli sürdüyü məhsulların təqdimatı davam edir.

Demək olar ki, hər həftə dənizdə, havada və quruda tarazlığı dəyişəcək yeni bir layihə görmək mümkündür.

Artıq Türkiyənin ikinci pilotsuz döyüş təyyarəsi adlandırılan "ANKA-3 MIUS" 40 gündən sonra havaya qalxacaq.

"ANKA-3 MIUS" həm də "Aksunqur"dan daha sürətli olacaq. O, daha çox döyüş sursatı (faydalı yük) daşıya biləcək və dizaynı quyruqsuz olduğu üçün radarda daha çox iz buraxacaq.

"ANKA-3" radar və hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirərkən düşmənin istifadəsində olan elektron sistemlərinə qarşı effektiv mübarizə apara biləcək.

Qeyd edək ki, Türk Aerokosmik Sənayesi (TUSAŞ), "ANKA-3" layihəsinə 2022-ci ilin fevralında başlayıb. Sürətlə davam edən layihədə ilk prototipin struktur montajının başa çatdırılması və avadanlıqların yerləşdiriləcəyi gözlənilir.

Montaj və yer sınaqları 2023-cü ilin fevral-mart aylarında tamamlanaraq mühərrikin işə salınması və taxılması isə 2023-cü ilin aprelində başlayacaq "ANKA-3"-ün eyni ayda ilk sınaq uçuşunu həyata keçirməsi planlaşdırılır.

Nigar
Cebhe.info