İlon Mask: “SSRİ dağılanda NATO da dağılmalı idi”

İlon Mask: “SSRİ dağılanda NATO da dağılmalı idi”

“Şimali Atlantika Alyansı - NATO Sovet İttifaqının dağılması ilə mövcudluğunu dayandırmalı idi”. 

“Cebhe.info” xəbər verir ki, bu fikri amerikalı milyarder, “SpaceX”-in rəhbəri və “Tesla”-nın qurucusu İlon Mask deyib.

İş adamı öz mövqeyini sahibkar Devid Saksın sosial şəbəkədəki paylaşımının altındakı şərhdə səsləndirib. Devid Saks yazıb ki, SSRİ-nin dağılmasından sonra NATO keçmiş Varşava Müqaviləsi ölkələrinə genişlənməyə çalışdı və bu, alyans ətrafında onun mövcudluğuna haqq qazandırmaq üçün lazım olan düşmənçilik yaratdı.

“Doğrudur”,-deyə Maks onunla razılaşıb. “Mən həmişə maraqlanmışam ki, NATO-nun əzəli düşməni və yaranma səbəbi Varşava Müqaviləsi mövcudluğunu dayandırmasına baxmayaraq, niyə mövcud olmağa davam edir”, - deyə iş adamı əlavə edib.

Daha əvvəl Mask bildirmişdi ki, Qərb Ukrayna münaqişəsi ilə bağlı yalan məlumatlar yayır.

Xəzər
“Cebhe.info”