İndoneziyanın ən aktiv vulkanı püskürdü

İndoneziyanın ən aktiv vulkanı püskürdü

İndoneziyanın şimalındakı Ruanq vulkanı püskürüb. 

"Cebhe.info" xəbər verir ki, İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari partlayış səbəbilə bölgədən 828 nəfərin təxliyə edildiyini və aprelin 29-na qədər “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.

O qeyd edib ki, partlayışdan sonra ətrafa yayılan kül ətrafdakı rabitə şəbəkələrinə ziyan vurub.

Muhari sakinlərə və turistlərə diqqətli olmalarını, vulkanın ətrafındakı 4 kilometrlik əraziyə girməməyi tövsiyə edib.

Nigar Hacılı 
"Cebhe.info"