İran İsrailə xəbərdarlıq edib: Təhdidlərə cavab verməyə hazırıq

İran İsrailə xəbərdarlıq edib: Təhdidlərə cavab verməyə hazırıq

İran Ordusunun baş komandanı, general-mayor Əbdülrəhim Musəvi İsrailə xəbərdarlıq edib.

“Report” “İrna”ya istinadən xəbər verir ki, o, bildirib ki, İsrail İrana zərər verə bilməz:

“İran təhdidlərə lazımi cavab verməyə tam hazırdır”.

Musəvi bu sözləri İsrail rəsmilərinin son həftələrdə İranın nüvə obyektlərinə zərbələr endirməsi ilə bağlı ritorikasına dair suala cavab olaraq deyib.

"Cebheinfo.az"