İranda fabriklər bağlanıb

İranda bir çox sənaye zonaları təbii qaz çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.
"Cebheinfo.az" xəbər verir ki, İranın vitse-prezidenti Məhəmməd Cəfər Kaimpənah Tehranda "18. Gənc İstehsalçılar və Menecerlər" Festivalında çıxışında bu barədə danışıb.
Kaimpənah ölkədə təbii qazın olmaması səbəbindən bəzi sənaye bölgələrində fabrik və emalatxanaların fəaliyyətinin dayandığını açıqlayıb: "İnsanların üşüməsin deyə ölkənin şimalında, şimal-şərqində və şimal-qərbində yerləşən sənaye sahələrinin əksəriyyətini bağlamalı olduq".
Normal hava şəraitində gündəlik təxminən 100 milyon kubmetr enerji kəsiri olduğunu bildirən Kaimpənah deyib: “Ölkənin 945 milyon kubmetr təbii qaz ehtiyacının 620 milyon kubmetrdən çoxunu yalnız ev təsərrüfatları, ticarət müəssisələri və kiçik sənaye müəssisələri istehlak edir".
Nigar Hacılı
"Cebheinfo.az"