Kahramanmaraşda ZƏLZƏLƏ

Kahramanmaraşda ZƏLZƏLƏ

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

Cebhe.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Cebhe.info