Klaar: “Azərbaycanın təminat əldə etmək istəyi tam məntiqlidir”

Klaar: “Azərbaycanın təminat əldə etmək istəyi tam məntiqlidir”

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində bildirib ki, “Cənubi Qafqazda kommunikasiyaların bloklanması kontekstində Ermənistan ərazisindən keçən istənilən avtomobil yolu, dəmir yolu xətti Ermənistanın nəzarətində olmalıdır”.

Cebhe.info xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində bildirib. 

“Bizim nöqteyi-nəzərimizdən Ermənistan ərazisindən keçən istənilən avtomobil yolunun, dəmir yolunun Ermənistanın nəzarətində olması tamamilə məntiqlidir. Yaxud Azərbaycan  və ya Almaniyanın ərazisindən keçən hər hansı avtomobil və ya dəmir yolu bu ölkənin nəzarətindədir. Buna görə də bu, tamamilə yeganə məntiqi tənzimləmədir”-deyə o bildirib.

Klaar qeyd edib ki, belə olan halda Azərbaycan öz  vətəndaşlarının və Ermənistan ərazisindən keçən yüklərin təhlükəsiz olacağına təminat əldə etmək istəyir:

“Bu, tamamilə məntiqli və normaldır. Amma bunun necə ediləcəyi Ermənistan hakimiyyətinin məsuliyyətidir”.

Xəzər
Cebhe.info