Mirzoyan Niderlanda gedib

Mirzoyan Niderlanda gedib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-də Niderland Krallığında işgüzar səfərdə olacaq.

Bu barədə XİN-in məlumatında bildirilib.

Nazir Mirzoyan fevral ayında Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulduqdan sonra ilk dəfə olaraq Haaqada BCM-yə üzv dövlətlərin 23-cü Assambleyasının sessiyasında iştirak edəcək.

Niderlanddan olan tərəfdaşlarla ikitərəfli görüşlər də nəzərdə tutulub.

"Cebheinfo.az"