Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldovanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, Rusiya səfirliyinin əməkdaşının persona non-qrata elan edilməsi və Rusiya nümayəndə heyətinin beynəlxalq konfransda iştirakına icazə verməməsi qərarı ilə bağlı səfirə etiraz edilib.

Rusiya XİN-dən bildirilib ki, Moskva cavab tədbiri kimi Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını persona non-qrata elan edib.

"Cebhe.info"