Müharibə İsrail startaplarına vençur kapitalı investisiyalarını azaldıb

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İsrail startaplarına vençur kapitalı investisiyaları əhəmiyyətli dərəcədə azalıb.
Modern.az xəbər verir ki, "Financial Times" (FT) IVC tədqiqat şirkətinin məlumatlarına istinadən yazıb.
Qeyd edilib ki, oktyabrda yerli texnologiya şirkətlərinə sərmayə qoyuluşu 325 milyon dollar təşkil edib. Cəmi 120 əməliyyat başa çatıb. Müqayisə üçün sentyabrda ümumi məbləği 1 milyard dollar olan 232 əqd olub. Beləliklə, vençur investisiyalarının ümumi həcmi 3 dəfədən çox azalıb.
“Bəzi startaplar investisiya raundunu başa vurmağa yaxın idi, sövdələşməyə yaxın idi, hər şey yaxşı gedirdi. Və sonra müharibə başladı. İnvestorlar getmədilər, sadəcə olaraq gözləmək və görmək istədiklərini söylədilər", - İsrailin "Pitanqo" vençur fondunun idarəedici tərəfdaşı Çemi Peres deyib.
İsrailin yüksək texnologiyalarına vençur kapitalı investisiyalarının azaldığı dövrlər əvvəllər də olub. Məsələn, pandemiya zamanı makroiqtisadi qeyri-sabitlik və artan faiz dərəcələri fonunda investisiyalar azalmışdı. Ancaq müharibə başlayandan sonra tənəzzül daha kəskin olub.
Cebhe.info